Əbrəqunus kəndində şəhid məzarları və şəhidlərimizin ailələri ziyarət olunub.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayonun Əbrəqunus kəndindən olan şəhidlərin məzarlarını ziyarət edib. Rayon rəhbəri daha sonra birinci Sədərək döyüşlərinin şəhidi Əliyev Kamran Yaqub oğlu və Vətən müharibəsi şəhidi Seyidov Miryasin Mirqafar oğlunun ailələrinə baş çəkib. Görüş zamanı şəhidlərimizin ailə üzvlərinin qayğıları ilə maraqlanılıb, müraciətləri dinlənilib. Naim Cahidzadə görüş zamanı qeyd edib ki, şəhid ailələri, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, onların sosial məsələlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.