
Culfa rayonunda vətənə şərəfli xidmət göstərmiş, xalq arasında hörmət və nüfuz qazanmış şəxslərə daim diqqət və qayğı göstərilir. Bu ehtiramın bariz nümunəsi olaraq Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov və icra hakimiyyətinin əməkdaşları Böyük Vətən müharibəsi iştirakçısı, uzun və şərəfli ömür yaşamış Xanəgah kənd sakini Vəli Qasımovu 100 illik yubileyi münasibətilə evində ziyarət ediblər.
Ziyarət zamanı çıxış edənlər qeyd ediblər ki, Vəli Qasımov tariximizin canlı yaddaşıdır və onun həyat yolu gələcək nəsillər üçün örnəkdir.
Vəli Qasımov ona göstərilən diqqət və ehtirama görə qonaqlara təşəkkürünü bildirib. O, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hər zaman veteranlara göstərilən yüksək qayğıya görə minnətdarlığını ifadə edib.