Boyəhməd kəndində səyyar vətəndaş qəbulu keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Boyəhməd kəndində sakinlərlə səyyar vətəndaş qəbulu keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və təşkilatların rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər. Görüş zamanı Naim Cahidzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, əhalinin problem və qayğılarının yerində öyrənilməsi, qaldırılan məsələlərin operativ həlli ilə bağlı tapşırıq və tövsiyələrini diqqətə çatdırıb. Qeyd edib ki, səyyar qəbulların keçirilməsində əsas məqsəd sakinlərlə birbaşa ünsiyyət qurmaq, onların müraciət və təkliflərini dinləmək, mövcud problemlərin həlli istiqamətində zəruri tədbirlər görməkdir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında ətraflı müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qismi yerində araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görülməsi təmin edilib, digər müraciətlərin icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.