
8 Noyabr – Zəfər Günü münasibətilə Culfa rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrini ziyarət ediblər. Görüşlər zamanı şəhid ailələrinin sosial vəziyyəti və qayğıları ilə maraqlanılıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür ziyarətlərin mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd ediblər.