
Novruz bayramının gəlişi münasibətilə rayonumuzun kəndlərində yerləşən qəbiristanlıqlarda genişmiqyaslı abadlıq və təmizlik işləri həyata keçirilib. Aksiya çərçivəsində qəbiristanlıqların ərazilərində səliqə-sahman yaradılıb, məzarların ətrafı alaq otlarından təmizlənib.
Görülən işlər zamanı mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağac və kolların dibləri yumşaldılıb, ərazilərdə səliqə səhman işləri görülüb.