Başsağlığı

Culfa rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatlarını itirən Culfa Rayon Polis Şöbəsinin əməkdaşlarının (Quliyev Qüdrət Qasım oğlu, Adnasoy Uğur Emin oğlu, Abbasov Səbri Mövla oğlu, Əliyev İlham Elnur oğlu) vəfatı bizi son dərəcə kədərləndirdi. Bu acı itki bütün rayon ictimaiyyəti üçün böyük faciədir.

Culfa Rayon İcra Hakimiyyətinin kollektivi adından vəfat edənlərin ailələrinə, yaxınlarına və xidmət etdikləri hüquq-mühafizə orqanının əməkdaşlarına dərin hüznlə başsağlığı veririk.  

Allah rəhmət eləsin, ruhları şad olsun!