Baramaçılıq təsərrüfatına maraq artır

Ölkəmizdə qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına son illər dövlət dəstəyi daha da gücləndirilib. Həmçinin bölgələrdə məşğulluğun təmin edilməsində və ixracyönümlü sahə kimi baramaçılıq mühüm əhəmiyyətə malikdir. Rayonumuzda da artıq bu istiqamətdə əməli işlər görülür. Ərəzin kəndində baramaçılıq təsərrüfatı ilə məşğul olan Aysel Zeynalovanın təsərrüfatına Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova tərəfindən baxış keçirilib. Söhbət zamanı təsərrüfat sahibi Aysel xanım bildirdi ki, 4 qutu ipəkqurdundan 200 kiloqramdan artıq  barama tədarük edərək Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təhfil verilib.