
Bənəniyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə kənd sakinləri arasında myGov mobil tətbiqinin imkanları və istifadəsi ilə bağlı maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı sakinlərə myGov tətbiqinin funksiyaları, elektron xidmətlərdən istifadə qaydaları və dövlət xidmətlərinə rəqəmsal çıxış imkanları barədə ətraflı məlumat verilib. Həmçinin sakinlərə tətbiqin mobil telefonlara yüklənməsi, qeydiyyat və istifadə prosesində praktiki köməklik göstərilib, onları maraqlandıran suallar cavablandırılıb.