Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı.
Beynəlxalq ictimaiyyətin yekdil qərarı ilə COP29-un ölkəmizdə keçirilməsinə qərar verildikdə tədbirin başlamasına artıq bir ildən də az müddət qalırdı. Bəzi qaragüruhlar vaxtın azlığını səbəb gətirərək Azərbaycanın bu işin öhdəsindən gələ bilməyəcəyini kulislərdə bir-birlərinə pıçıldayıb gülürdülər. Unudurdular ki, Azərbaycan bu günə qədər öhdəsinə götürdüyü bütün beynəlxalq tədbirlərə “Made in Azerbaycan” möhrünü vurmaqla hər zaman səviyyənin yüksəldilməsnə nail olub. Ən son Bakıda keçirilən COP29 tədbiri də yüksək səviyyəli təşkilatçılığı və xalqımızın qonaqpərvərliyi ilə ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. İştirakçılara yaradılan şəarait bütün dünyanı, xüsusən də bəzi inkişaf etmiş ölklərəri sözün əsl mənasında şoka saldı. Azərbaycana təşrif buyuran bütün qonaqlar özlərini evlərindəymiş kimi hiss etsinlər deyə ən incə məqalara belə həssaslıqla yanaşılmışdı. 80 dövlət və hökumət başçısının, eləcə də qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-da bütün təxribat xarakterli cəhdlərə baxmayaraq Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr qazanılmasına müvəffəq oldu və görüşlərin qərəzsiz aparılmasına hər cür şərait yaratdı.
Belə mötəbər bir tədbirin ölkəmizdə keçirilmısində ən böyük pay sahibi oaln Prezident cənab İlham Əliyev çıxışı zamanı qeyd edib ki, “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm. Biz Bakıda keçirilən COP29-da karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi olduq. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Həmçinin Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir”.
Beləliklə, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər Konfransı COP29-un nailiyyətləri:
“COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT)”.
COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi.
“Enerji üzrə öhdəliklər və bəyanatlar”.
COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunları 150 Tərəf təsdiq etdi.
“COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı”.
75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiqlədi.
“İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”.
8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı.
İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası”.
Beş COP Sədrliyi (COP26-dan COP30-a qədər) və ÜST Baş Direktoru iqlim gündəliyinə sağlamlığı daxil edərək və gələcək COP konfranslarında əsas element olaraq sağlamlığı təbliğ etdi.
“Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə”.
Dünyanın üzvi tullantılarla əlaqəli metan emissiyalarının 51%-ni təşkil edən 50-dən çox ölkə, o cümlədən ən böyük 10 üzvi tullantı metan emissiyasına malik ölkələrdən 8-i sektorial hədəflər daxil edərək bu bəyanatı təsdiqlədi ki, bu da Qlobal Metan Vədinin həyata keçirilməsinə töhfə verəcək.
“Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”.
Qida və kənd təsərrüfatı sahəsində mövcud iqlim təşəbbüslərinin dağınıq mənzərəsini bir araya gətirən platforma, fermerlərə dəstəyi daha əlçatan etmək və maliyyə mənbələrinə çıxışı asanlaşdırmaq məqsədi daşıyır.
COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi”.
Şəhər iqlim maliyyələşdirilməsi sahəsində tərəfdaşlıq və əməkdaşlıq üçün BMT agentlikləri və Hökumətlərarası Təşkilatları, çoxtərəfli inkişaf bankları (MDB-ləri), MCF-ləri, xeyriyyə təşkilatları və ikitərəfli donorları, o cümlədən şəhər ərazilərində iqlim fəaliyyəti və planlaması ilə bağlı çoxtərəfli yanaşma hazırlamaq niyyətində olan 40-dan çox tərəf və 160-dan çox ölkəni bir araya gətirir. COP, UNFCCC və BMT-nin Habitat şəhər prosesləri arasında Şəhər, Çoxsahəli və Çoxsəviyyəli İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyası yaradıldı.
“Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”.
60-dan çox hökumət turizm sektorunda emissiyaların azaldılması və dayanıqlığın artırılması ilə davamlı turizm təcrübələrini təbliğ etməyə sadiqdir.
“İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi”.
50 ölkənin dəstəklədiyi bu bəyanat, iqlim dəyişikliyinin su hövzələri və su ilə bağlı ekosistemlərə təsirinə qarşı mübarizə üçün inteqrasiya olunmuş yanaşmanı təqdim edir. O, milli iqlim siyasətləri, o cümlədən NDC-lər və NAP-lar çərçivəsində su ilə əlaqəli mitiqasiya və adaptasiya tədbirlərinin inteqrasiyasını təşviq edir.
- Çoxtərəfli İnkişaf Bankları (MDB-lər) 2030-cu ilə qədər iqlim tədbirlərinə illik 170 milyard ABŞ dolları töhfə verməyi, bunun 120 milyard ABŞ dollarının aşağı və orta gəlirli ölkələrə yönəldiləcəyini açıqlayıblar;
- İtki və Zərər Fondunun 2025-ci ilə qədər maliyyə ayırmağa hazır olmasını təmin edərək, töhfə verən tərəflərin razılaşmalarını və vədlərini əldə edib, həmçinin Filippinlə ev sahibi ölkə müqaviləsinin imzalanması və Dünya Bankı ilə ev sahibi və qəyyumluq müqavilələri imzalanması təmin edilib. COP29 zamanı ən böyük töhfə Avstraliya və İsveçdən gəlib. Bu günə qədər Fonda ümumi töhfə 730 milyon ABŞ dollarını ötüb;
- ABŞ, Çin, Aİ, BƏƏ, Böyük Britaniya, Braziliya, Kanada və Nigeriya daxil olmaqla, ölkələr bir araya gələrək və orqanik tullantılardan metanın azaldılmasına yönəlmiş siyasət qəbul etdiklərini açıqladı;
- Konfrans boyunca İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) iştirakı təmin olundu, onlara iqlim maliyyəsinə əlçatanlıq kimi əsas prioritet və narahatlıqlarını bildirmək üçün şərait yaradıldı;
- Biznes İnvestisiyaları və Xeyriyyəçilik İqlimi Platformasında (BIPCP) 70-dən çox ölkədən 1000-dən çox özəl və xeyriyyəçi liderlər bir araya gətirildi. Orada 10 trilyon dollardan çox aktivi olan investor qrupları iqlim bazarlarına özəl kapital yerləşdirmək üçün birləşdi;
- Maliyyə, İnvestisiya və Ticarət Günündə iqlimin maliyyələşdirilməsi layihə və təşəbbüslərinə verilən vədlər 7,3 milyard ABŞ dolları təşkil edib. Ən böyük dəstək Asiya İnkişaf Bankından (3,5 milyard ABŞ dolları), Azərbaycanın bank sektorundan (1,2 milyard ABŞ dolları), İsveç (760 milyon ABŞ dolları) və Kanada (Kanada hökumətindən 1,5 milyard ABŞ dolları və xeyriyyəçilikdən 290 milyon ABŞ dolları). Bu vəsaitlər buzlaqların, yaşıl taksonomiyaların və iqlim fəaliyyətinin təsirlərinə qarşı mübarizəyə investisiyalardır;
- İnkişaf maliyyə institutları inkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan ölkələrdə bərpa olunan hidrogen layihələri üçün 10 Qiqavat “Lighthouse” Təşəbbüsünü dəstəkləməyə söz verdilər;
- 50-dən çox gəmiçilik sənayesi aktoru 2030-cu ilə qədər sıfır və sıfıra yaxın emissiyalı yanacaqları sürətləndirmək barədə razılığa gəliblər. Bu da ən azı 5 milyon ton yaşıl hidrogen deməkdir;
- Müxtəlif növ təmiz enerji təşəbbüsləri üçün 193 milyon dollarlıq paketin bir hissəsi kimi Böyük Britaniya Sahara altı Afrika ölkələri, Cənubi Asiya və Hind-Sakit Okean regionunda kömür və odundan istifadə etməklə yemək bişirməyi geridə qoymaq üçün 10 milyon insana təmiz yemək hazırlamağı dəstəklədi;
- Əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu vurğulandı—COP Atəşkəs Çağırışı 132 ölkə və 1,200-dən çox təşkilatın dəstəyini qazandı, habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edildi. Bu təşəbbüs, iqlim dəyişməsi, münaqişə və humanitar ehtiyacların təcili əlaqələrini həll etmək məqsədilə Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini yaradacaq;
- Almaniyanın 65,1 milyon ABŞ dolları, İrlandiyanın isə 13 milyon ABŞ dollarI töhfəsi ilə Adaptasiya Fonduna edilən töhfələr 133 milyon ABŞ dollarına çatıb;
- İqlim İnvestisiya Fondu daha da artırılıb, ABŞ ($325 milyon), Almaniya ($220 milyon) və Böyük Britaniya ($211 milyon) tərəfindən əlavə töhfələr toplanıb;
- 25 ölkə və Avropa İttifaqı öz enerji sistemlərində yeni açıq kömürün istifadəsini tamamilə dayandırmaqla bağlı milli iqlim planlarını təqdim etmə niyyətlərini açıqlayıblar və digərlərini də bu addımı atmağa çağırıblar;
- Meksika 2050-ci ilə qədər xalis-sıfır tullantılara dair öhdəliklərini elan etdi. Beləliklə də G20-nin bütün üzvləri xalis sıfır hədəfini öhdələrinə götürdülər;
- Yerli İcmalar və Yerli Xalqlar Platformasının Bakı İş Planı yaradıldı;
- Böyük Britaniya hökuməti, meşəçilik və meşə karbon bazarlarının inkişafına dəstək, dayanıqlı meşə müəssisələri üçün qarışıq maliyyə və UNFCCC-nin ölkələrə meşələri qorumağa kömək etməsi üçün 299 milyon ABŞ dolları vəd edib.