Ağacəkmə aksiyası keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ətraf mühitin qorunmasına töhfə vermək və yaşıllıq zolaqlarına qulluq göstərmək məqsədilə Culfa şəhərində yerləşən Şəhidlər Abidə Kompleksi və Mərkəzi Parkda abadlıq işləri həyata keçirilib. Görülən işlər çərçivəsində əraziyə yeni ağaclar əkilib, suvarma tədbirləri təşkil olunub.