
Tədbirdə şəhid Amin Gülməmmədovun və şəhid Ramazan Göydağlının ataları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, müəllimlər, şagirdlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki mühüm əhəmiyyətindən bəhs edərək, bu tarixi Qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə olunduğunu vurğulayıblar. Sonda məktəblilər Zəfər Gününə həsr olunmuş şeirlər səsləndiriblər.