
8 Noyabr – Zəfər Günü münasibətilə Culfa Rayon İcra Hakimiyyətinin, Culfa Rayon Gənclər və İdman İdarəsinin və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi təşkil olunub. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müsabiqədə iştirak edən şagirdlər Zəfər Gününə, Vətənə məhəbbətə, milli birliyə və xalqımızın qəhrəmanlıq salnaməsinə həsr olunmuş şeirlər səsləndiriblər. Sonda müsabiqədə fərqlənən şagirdlər diplom və hədiyyələrlə təltif ediliblər.