44 günlük Vətən müharibəsi şəhidi Gülməmmədov Amin Mayis oğlu anım günündə yad edilib.

44-günlük Vətən müharibəsində Azərbaycan tarixinin yenidən yazıldığı həmin günlərdə silaha sarılaraq Vətən torpağını işğalçılardan azad etməyə tələsən mərd oğullardan biri də, Daşaltı istiqamətində gedən döyüşlərdə, 28 dekabrda şəhidlik zirvəsinə yüksələn Gülməmmədov Amin Mais oğludur. Bu gün, anım günündə şəhidimizi Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini,  başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, icra hakimiyyətinin əməkdaşları,  idarə müəssisə rəhbərləri və şəhid ailələri məzarı başında yad ediblər.