27 Sentyabr - Anım Günü münasibətilə şəhidlərimizin məzarları ziyarət olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin əməkdaşları, rayonun idarə və müəssisələrinin kollektivləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. 

Ziyarət zamanı şəhid məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad olunub.