
Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək bildirib ki, rayonda bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsi məqsədilə İcra Hakimiyyəti başçısı yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb və 2025-ci il üçün iş planına uyğun olaraq bu tədbir təşkil olunub. O, zorakılığın təkcə fərdi deyil, bütün cəmiyyətə təsir edən sosial problem olduğunu vurğulayaraq bu məsələdə qarşılıqlı əməkdaşlığın və maarifləndirmənin önəmini diqqətə çatdırıb.
Tədbirdə Culfa Rayon Prokurorunun köməkçisi Heydər İbrahimli və İcra və Probasiya Şöbəsinin rəisi Coşqun Əsgərli də çıxış edərək məişət zorakılığına qarşı mövcud hüquqi mexanizmlər, dövlətin müdafiə tədbirləri və bu sahədə həyata keçirilən praktiki fəaliyyətlər haqqında məlumat veriblər.