1992-ci ildə Sədərək kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Həsənov Vüqar Həsən oğlu doğum günündə ehtiramla yad edilib

4 may 1973-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olan şəhid Vüqar Həsənovun xatirəsinə həsr olunan tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə müəssisələrin əməkdaşları və şəhidimizin ailə üzvləri iştirak ediblər.