
İnsan hüquqları demokratik cəmiyyətin və hüquqi dövlətin əsasıdır. Ölkəmizdə də Konstitusiya və digər qanunverici aktlarla insan hüquq və azadlıqları təmin olunur. Azərbaycan Respublikasında 18 iyun İnsan Hüquqları Günü 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmişdir. Məhz həmin gün Ulu Öndər tərəfindən “Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təminatına dair Dövlət Proqramı” təsdiq olunmuş və ölkədə insan hüquqlarının qorunmasında yeni mərhələnin əsasını qoyulmuşdur. Həmin tarixi gün Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.