12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür.

Beynəlxalq Əmək Təşkilatı tərəfindən təsis edilən bu gün, dünya ictimaiyyətinin diqqətini uşaq əməyinin yaratdığı problemlərə yönəltmək məqsədi daşıyır. Hər bir uşaq təhlükəsiz mühitdə böyümək, təhsil almaq, sağlam inkişaf etmək və uşaqlığını yaşamaq hüququna malikdir. Uşaq əməyinin istismarı isə bu hüquqların pozulmasına səbəb olur və onların gələcək imkanlarını məhdudlaşdırır. Gəlin uşaqların hüquqlarını qoruyaq və onlara daha təhlükəsiz, sağlam və xoşbəxt gələcək bəxş edək.