
Görüşdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Həmkarlar İttifaqları Şurasının nümayəndəsi Əli Əlixanlı və Culfa Rayon Təhsil Şöbəsinin müdiri Murad Hümbətov iştirak edərək ölkəmizdə dövlət uşaq siyasətindən və uşaqlara göstərilən qayğıdan bəhs edərək onların hüquq və mənafelərinin qorunması, sosial rifahının yaxşılaşdırılması və hərtərəfli inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıblar. Görüşün sonunda uşaqlara hədiyyələr – məktəbli geyimi, məktəbli çantası və ayaqqabı təqdim olunub.